Hər kəs şəhərdən çıxır - Skoroxod

Hər kəs şəhərdən çıxır - Skoroxod Dünya

Ukrayna Ali Radasının deputatı Anna Skoroxod ölkənin müxtəlif şəhərlərindən insanların kütləvi şəkildə köçdüyünü bildirib.

News24.az xəbər verir ki, deputat Ukraynadakı çətin vəziyyətdən bəzi şəxslərin maddi qazanc əldə etməyə çalışdığını deyib. Onun sözlərinə görə, xüsusilə məcburi köçkünlərin yerləşdiyi şəhərlərdə kirayə qiymətləri, eləcə də mal və xidmətlərin dəyəri ciddi şəkildə artıb.

Skoroxod Ujqorod və Lvovda yaşayış xərclərinin kəskin yüksəldiyini vurğulayıb və vəziyyəti “absurd” adlandırıb.

Deputat həmçinin ölkədə lokomotiv çatışmazlığı ilə bağlı narahatlığını da ifadə edib. O, dron hücumları nəticəsində dəmir yolu infrastrukturuna dəyən ziyanın vəziyyəti daha da ağırlaşdırdığını bildirib:

“Əgər tezliklə heç nə edilməsə, fəlakətlə üzləşəcəyik”.

Skoroxod, həmçinin Avropanın miqrasiya böhranının həlli çərçivəsində miqrantların Ukrayna ərazisinə köçürülməsi ilə bağlı iddialar da səsləndirib. Onun sözlərinə görə, belə bir ssenari Ukraynanın demoqrafik vəziyyətinə ciddi təsir göstərə bilər.