“Hər şeyi təmizləyəcəyik” – Zelenskidən sərt mesaj
Dünya
Kupyanskda hələ də təxminən 60 Rusiya hərbçisi qalıb və bölgədə təmizləmə əməliyyatı davam edir.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında danışıb.
“Biz hər şeyi təmizləyəcəyik. Tarixlər müəyyən olunub, bu məsələ Ali Baş Komandanın qərargahında müzakirə edilib. Hələlik bu məlumatı açıqlamırıq”, – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, Rusiya Pokrovsk istiqamətində son günlər heç bir uğur əldə etməyib.
“Cəbhədəki döyüşlərin təxminən 30 faizi Pokrovskda gedir. Rusiya tərəfindən atılan aviabombaların 50 faizi məhz bu şəhərə yönəlib. Hazırda Pokrovskda 260-300 rus hərbçisi var”, – Zelenski qeyd edib.
Zelenski həmçinin cəbhənin digər istiqamətləri barədə də məlumat verib. Bildirib ki, Liman və Kramatorsk istiqamətlərində heç bir dəyişiklik yoxdur, vəziyyət stabilləşir, Kostyantinovka istiqamətində döyüşlər davam edir, Dobropolyada isə vəziyyət mürəkkəbdir.