“Hər yer kül içində” – turistik adada fövqəladə vəziyyət

“Hər yer kül içində” – turistik adada fövqəladə vəziyyət Dünya

İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində Yava adası üzərində təxminən iki kilometr yüksəkliyə çatan kül buludu yaranıb. Hadisədən sonra ölkə hakimiyyəti ən yüksək həyəcan səviyyəsini elan edib.

News24.az xəbər verir ki, Vulkanologiya Agentliyinin məlumatına görə, püskürmə dünən günün ikinci yarısında başlayıb.

Semerunun yamacları ilə qızğın lava axmağa başlayıb, nəticədə yüzlərlə insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, İndoneziyada zəlzələlər və vulkan püskürmələri tez-tez baş verir. Hündürlüyü 3676 metr olan Semeru ölkədəki 130 aktiv vulkandan biridir və Yava adasının ən yüksək zirvəsidir. Onun son iri püskürməsi 2022-ci ilin sonunda qeydə alınıb.