Həyat yoldaşı Bill Klintonun dəfninə hazırlaşır

Həyat yoldaşı Bill Klintonun dəfninə hazırlaşır Dünya

ABŞ-nin sabiq prezidenti Bil Klintonun həyat yoldaşı Hillari Klintonun addımı marağa səbəb olub.

News24.az xəbər verir ki, o, hələ həyatda olan əri Bil Klintonun dəfn mərasimini planlaşdırmağa başlayıb.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti dünən 80 yaşını qeyd edib. O, təxminən 120 milyon dollar dəyərində olduğu bildirilən vəsiyyətnaməsinə dəyişikliklər etməyi planlaşdırır.

Hazırda 78 yaşı olan Hillari Klinton isə Vaşinqton Milli Katedralində genişmiqyaslı mərasimin keçirilməsi üçün hazırlıq görür.

Dəfn mərasiminin ənənəvi formatda, anım tədbiri ilə birlikdə keçirilməsi gözlənilir.

Lakin kilsənin mətbuat katibi Elizabet Harqrov daha əvvəl bildirib ki, hazırda yaşayan bütün ABŞ prezidentlərinin dövlət səviyyəli dəfn mərasimləri ilə bağlı planları var.

ABŞ prezidentliyi tarixini araşdıran tarixçi Leon Vaqener hesab edir ki, Bill Klinton vəfat etdikdən sonra Arkanzas ştatının Litl-Rok şəhərindəki Uilyam C. Klinton Prezident Kitabxanasının ərazisində dəfn oluna bilər.

Tarixçinin iddiasına görə, keçmiş prezident hətta külünün və ya qalıqlarının kitabxananın damındakı bağda yerləşdirilməsini istəyə bilər.

Kitabxana ilə yanaşı, kompleksə Klintonun vaxt keçirməyi sevdiyi bildirilən penthaus da daxildir.

“Klinton vaxtının böyük hissəsini orada keçirir. Çünki ilk növbədə Hillaridən uzaq qalır. Bura onun sığınacağıdır”, – deyə tarixçi bildirib.

O, damdakı bağı Klintonun “xoşbəxt olduğu yer” kimi təsvir edib.

Buna görə də Arkanzas çayına mənzərəsi olan geniş kompleksin ərazisində dəfn olunmaq istəməsi mümkündür.