Hindistandakı daşqınlarda ölənlərin sayı artdı

Hindistandakı daşqınlarda ölənlərin sayı artdı Dünya

Hindistanın Uttar Pradeş ştatında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb.

News24.az xəbər verir ki, ştatda son üç gündür intensiv yağışlar müşahidə olunur.

Rəsmilər daşqınlar nəticəsində 46 nəfərin də yaralandığını bildiriblər. Təbii fəlakət 1000-dən çox evə zərər vurub.

Bəzi məktəblərdə bu gündən etibarən dərslər dayandırılıb. Hakimiyyət orqanları sakinlərə daşqından zərər çəkmiş ərazilərə zərurət olmadan səfər etməmək barədə xəbərdarlıq edib.

Eyni zamanda, ölkənin şərqində yerləşən Odişa ştatında da güclü yağışlar daşqınlara səbəb olub. Burada 75 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib