Hindistanda faciə - Çox sayda ölən və yaralanan var
Dünya
Hindistanın şimal-şərqindəki Bihar ştatında Aşok Dham məbədi yaxınlığında dini mərasim zamanı yaranan izdihamda azı 7 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, hadisə avqustun 17-də səhər saatlarında baş verib.
Məbədin qarşısında hindu tanrısı Şivanın şərəfinə dua etmək və ritual olaraq su ilə yuyunmaq üçün təxminən 50 min zəvvar toplaşıb.
Yerli polis rəisinin müavininin sözlərinə görə, izdihama elektrik dirəyinin insanların üzərinə aşması səbəb olub.
Hadisə nəticəsində 7 nəfər ölüb, onlarla insan xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.