Hindistanda festival zamanı faciə: - 25 nəfər quyuya düşdü

Hindistanda festival zamanı faciə: - 25 nəfər quyuya düşdü Dünya
Hindistanın Madhya Pradeş ştatının İndor şəhərində məbədin damının uçması nəticəsində 25 nəfər quyuya düşüb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Ram Navami festivalı zamanı "Beleshwar Mahadev Jhulelal" məbədində köhnə böyük quyunun damının çökməsi nəticəsində baş verib.

Quyuya düşənlərdən 18-i xilas edilib, qalan 7 nəfər üçün isə iş davam etdirilir.

Qumral Əliyeva