Hindistanda neft kəmərində yanğın - Xəsarət alanlar var
Dünya
Hindistanda “Haldia Petrochem” şirkətinə məxsus neft kəmərində yanğın baş verib.
News24.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Məlumata əsasən, yanğın bu gün səhər saatlarında başlayıb.
Hadisə zamanı ərazidə olan bir neçə işçi ağır yanıq xəsarətləri alıb və hazırda xəstəxanadadırlar.
Mənbələrin bildirdiyinə görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Yanğın həmçinin qatarların hərəkətində gecikmələrə səbəb olub.
Hazırda insidentin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.