Hindistanda oteldə yanğın - Çox sayda ölü var

Hindistanda oteldə yanğın - Çox sayda ölü var Dünya

Hindistanın Kəlküttə şəhərində oteldə baş verən yanğın nəticəsində 9 nəfər, o cümlədən bir uşaq həlak olub.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yanğın yerli vaxtla saat 02:50 radələrində binanın ikinci mərtəbəsindən başlayıb və 1 saat ərzində söndürülüb.

Polisin sözlərinə görə, təxminən 30 nəfər binadan təxliyə edilərək təhlükəsiz əraziyə çıxarılıb.

İlkin ehtimala görə, yanğına elektrik şəbəkəsində yaranan qısaqapanma səbəb ola bilər.

Yerli KİV-in məlumatına görə, ən azı 6 nəfər xəstəxanada tibbi yardım alıb.