Hindistanda övladını müalicə etdirmək istəyən qadının başına oyun açdılar
Dünya
Hindistanda yerli sakinə təcavüz edilməsi ilə bağlı iki qadın və üç kişi saxlanılıb.
News24.az xəbər verir ki, zərərçəkənin övladı xəstələndiyi üçün o, yerli din xadiminə müraciət edib.
Din xadimi azyaşlının içinə "pis ruh" girdiyini iddia edərək onu müalicə edəcəyini vəd edib. Ertəsi gün qadın razılaşdırılmış yerə gəldikdə ona içki verilib. Bundan sonra o, huşunu itirib. Ayıldıqda isə özünü bağlı otaqda görüb. Daha sonra qadının dəfələrlə cinsi zorakılığa məruz qaldığı bildirilir.
Qadının sözlərinə görə, ona uşağını öldürəcəkləri ilə hədə-qorxu gəliblər. Həmçinin onu müxtəlif ünvanlara aparıblar və ailəsi ilə əlaqə saxlaya bilməsin deyə mobil telefonunun kartını məhv ediblər.
Bir müddət sonra qadın övladı ilə birlikdə qaçmağa müvəffəq olub və baş verənləri ailəsinə danışıb. Lakin az sonra təqsirləndirilən şəxslər onun açıq-saçıq fotolarını sosial şəbəkələrdə paylaşmağa başlayıblar. Polis hadisə ilə bağlı beş nəfəri saxlayıb.
Hazırda fakt üzrə araşdırma aparılır.