Hindistanda partlayış: 15 yaralı, 9 ölü
Dünya
Hindistanın Çhattisqar ştatında yerləşən Singitarai sənaye ərazisində enerji stansiyasında güclü partlayış baş verib.
News24.az xəbər verir ki, hadisə Singitarai qəsəbəsindəki enerji müəssisəsində qeydə alınıb. İlkin məlumatlara görə, partlayış nəticəsində 9 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Partlayışın stansiyanın qazanxana bölməsində baş verdiyi bildirilir. İlkin ehtimallara görə, qəzanın səbəbi qazan borularında yaranan həddindən artıq qızma ola bilər.
Hadisəni idarə edən “Vedanta” şirkəti faktla bağlı araşdırma aparıldığını açıqlayıb.
Nilufər