Hindistanda qaya uçqunu: 13 nəfər həlak oldu

Hindistanda qaya uçqunu: 13 nəfər həlak oldu Dünya

Hindistanın şimalında baş verən qaya uçqunu nəticəsində bir körpə də daxil olmaqla azı 13 nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.

Məlumata görə, Himaçal Pradeş ştatında yolda olan nəqliyyat vasitələri nəhəng qayaların altında qalıb.

Yaralı sərnişinlərdən biri dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb. (APA)