Hindistanın paytaxtında dəhşətli partlayış, ölənlər var - Yenilənib
Dünya
Hindistanın paytaxtı Dehlidə baş verən və ən azı 8 nəfərin ölümünə səbəb olan partlayışda iştirak edən avtomobilin sahibi həbs edilib.
News24.az-ın məlumatına görə, bu barədə NDTV telekanalı məlumat yayıb.
**
Hindistanın paytaxtı Dehlidə yerləşən tarixi “Qırmızı qala” (Lal Qila) yaxınlığında partlayış olub, azı səkkiz nəfər həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hadisə avtomobilə yerləşdirilmiş qurğunun işə düşməsi nəticəsində baş verib. Partlayış metro stansiyasına yaxın ərazidə, əhalinin sıx olduğu yerdə baş verib.
Daha 11 nəfərin yaralandığı bildirilir. Bundan başqa, 9 nəqliyyat vasitəsinə də zərər dəyib.
Hadisənin motivi və kim tərəfindən törədildiyi hələ ki məlum deyil, araşdırma aparılır.