“Hizbullah”a aid tunellərinin partladılması zəlzələyə səbəb oldu
Dünya
İsrailin “Hizbullah” hərəkatına məxsus yeraltı infrastrukturun partlatması ilə eyni vaxtda Livanın cənubunda 4,1 maqnitudalı zəlzələyə bərabər seysmik hadisə baş verib.
News24.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Livanın cənubundakı Nəbatiyyə ət-Təhta yaşayış məntəqəsindən təxminən 13 kilometr cənub-qərbdə qeydə alınıb.
Seysmik hadisənin ocağı 10 kilometr dərinlikdə yerləşib.