Hökumət iclaslarında smartfonlara - QADAĞA QOYULDU
Dünya
Hollandiyanın baş naziri Mark Rutte şəbəkələrə icazəsiz daxil olma riski ilə əlaqədar hökumətin rəsmi iclaslarında smartfon və digər qadcetlərdən istifadəni qadağan edib.
News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Şofun sözlərinə görə, nazirlər, dövlət katibləri və digər dövlət işçiləri cihazlarını seyflərdə saxlamalı və Nazirlər Kabinetinin iclaslarına gətirməməlidirlər.
Baş nazir hökumətin iclaslarında smartfonlardan istifadənin qadağan edilməsini casusluq təhlükəsi ilə izah edib. O, bütün elektron cihazların mikrofonlarla təchiz olunduğunu və bəzi ölkələrin Hollandiyanın qərar qəbul etmə prosesində maraqlı ola biləcəyinə işarə edib.
Məryəm İlhamqızı