Hökuməti Ukraynaya görə buraxdım – Şolts
Dünya
Almaniyanın sabiq kansleri Olaf Şolts hökumətinin dağılma səbəbini açıqlayıb.
News24.az xəbər verir ki, Şolts bu barədə “Die Zeit” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, kabinetin buraxılmasına səbəb Ukrayna üçün əlavə maliyyə paketi ilə bağlı fikir ayrılıqları olub.
“Hökuməti buraxdım, çünki Ukrayna və Almaniyada ukraynalılar üçün nəzərdə tutulan təxminən 15 milyard avroluq maliyyələşdirmə məsələsində birlik yox idi”, – Şolts bildirib.