Hollivud ulduzundan gözlənilməz qərar: soyadından imtina etdi

Hollivud ulduzundan gözlənilməz qərar: soyadından imtina etdi Dünya

Amerikalı aktyor Nikolas Keyc rəsmi olaraq əsl soyadı olan Koppoladan imtina etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə o, “Variety” jurnalına müsahibəsində danışıb.

Aktyorun sözlərinə görə, bu qərarı ailə soyadı ilə bağlı assosiasiyalardan uzaqlaşmaq istədiyi üçün verib. Keyc Hollivudun məşhur Koppola nəslinə mənsubdur. O, məşhur rejissor Frensis Ford Koppola və aktrisa Talia Şirenin qardaşı oğludur. Həmçinin bəstəkar Karmin Koppolanın nəvəsidir. Onun əmisi uşaqları Roman Koppola və Sofia Koppola da kino sənayesində tanınmış simalardır.

“Keçən il adımı rəsmi olaraq dəyişdim. Mən həm həyatda, həm də ekranda Nik Keycəm. Başqasının kölgəsində qalan “kloun əmioğlu” olmaqdansa, öz kiçik ailəmin başçısı olmaq daha yaxşıdır”, – deyə aktyor bildirib.