Hollivudda tarixi razılaşma - 110 milyardlıq nəhəng şirkət quruldu

Hollivudda tarixi razılaşma - 110 milyardlıq nəhəng şirkət quruldu Dünya

“Paramount” şirkəti “Warner Bros. Discovery”ni təxminən 110 milyard dollarlıq sövdələşmə ilə satın alıb.

News24.az xarici BBC-yə istinadən xəbər verir ki, razılaşmanın tamamlanması ilə Hollivudda “Skydance” adlı yeni nəhəng media şirkəti yaranıb.

Yeni şirkətin tərkibinə “Paramount Pictures” və “Warner Bros.” kinostudiyaları ilə yanaşı, HBO Max, Paramount+, CBS və CNN də daxil olub.

Bununla “Harry Potter”, “Mission: Impossible”, “Top Gun”, “The Godfather” və DC kimi məşhur layihə və franşizalar eyni şirkətin nəzarətinə keçib.

Şirkətə milyarder David Ellison rəhbərlik edəcək. “Mattel”in keçmiş baş direktoru Ynon Kreiz isə onunla birlikdə həmsədr və həmsədr icraçı direktor vəzifəsini icra edəcək.

“Skydance” növbəti illərdə ildə ən azı 30 film istehsal etməyi planlaşdırır.

Bu razılaşma Hollivud tarixinin ən böyük media birləşmələrindən biri hesab olunur.