Hollivudu Vatikanla birləşdirən görüş: Papa onları qəbul edəcək
Dünya
Bu həftəsonu aralarında Keyt Blanşet, Kris Payn və Adam Skottun da olduğu təxminən 30 Hollivud ulduzu Papa Leo ilə görüşəcək.
News24.az xəbər verir ki, Papa Leo ilə xüsusi görüşdə həmçinin “Oskar” mükafatlı rejissorlar Spayk Li, Corc Miller və Qus Van Sant iştirak edəcəklər.
“Papa kino dünyası ilə dialoqu dərinləşdirmək istəyir. Bədii yaradıcılığın Kilsənin missiyasına və insan dəyərlərinin təşviqinə verdiyi imkanları araşdırmaq niyyətindədir”, – Vatikandan verilən açıqlamada bildirilir.
Papanın bu tip tədbirlərdinə əsasən yüksək rütbəli katolik kardinallar iştirak edir, Hollivud ulduzları nadir hallarda qatılır. Sonuncu dəfə bənzər görüş 2024-cü ilin iyununda, mərhum Papa Fransiskin dövründə baş tutub. O zaman Roma Papası ilə görüşə komediya ustaları və məşhur gecə şousu aparıcıları Konan O`Brayan, Stiven Kolbert və Cimmi Fallon qatılmışdılar.