Hollivudun ən çox qazanan aktyorları bəlli oldu – Bir bölümə 2 milyon dollar alırlar

Hollivudun ən çox qazanan aktyorları bəlli oldu – Bir bölümə 2 milyon dollar alırlar Dünya

Hollivudun ən çox qazanan televiziya aktyorlarının siyahısı açıqlanıb.

News24.az xəbər verir ki, “Variety” jurnalının məlumatına görə, bəzi məşhur aktyorların çoxseriyalı layihələrin cəmi bir bölümünə görə aldığı qonorar 2 milyon dollara çatır.

Siyahıya Cennifer Eniston, Kris Pratt, Riz Uizerspun və Silvestr Stallone başçılıq edirlər. Eniston və Uizerspun “Apple TV+” platformasında yayımlanan “The Morning Show” serialındakı rollarına görə hər bölüm üçün 2 milyon dollar qazanırlar.

Kris Pratt “Amazon Prime Video” platformasının “Dead List” döyüş trillerindəki baş roluna, Silvestr Stallone isə “Paramount+” platformasının “The King of Tulsa” dram serialındakı obrazına görə eyni məbləğdə qonorar alır.

Reytinqdə ikinci yerdə britaniyalı aktyor Kennet Brana qərarlaşıb. O, “Paramount+” platformasının “Laird” serialında baş rolu canlandırmasına görə hər bölüm üçün 1,4 milyon dollar əldə edir.

“Therapy” serialının ulduzları Harrison Ford və Ceyson Seqel isə hər bölümə görə 1,3 milyon dollar qazanaraq üçüncü yeri bölüşürlər.

Onlardan sonra Kelli Reyli və Koul Hauzer 1,2 milyon dollar, Elizabet Moss isə 1,1 milyon dollar qonorarla gəlir.

Nikolas Keyc, Selena Qomez, Cud Lou, Robert De Niro, Endryu Qarfild, Cennifer Qarner, Zendaya, Martin Şort və Alan Riçson da hər bölüm üçün 1 milyon dollardan çox qazanan aktyorlar sırasındadır.