"Hollywood"da - güclü yanğın baş verib

"Hollywood"da - güclü yanğın baş verib Dünya
Los-Ancelesdə "Coyote" Kanyonu yaxınlığındakı Hollywood Hillsdə güclü meşə yanğını baş verib.

News24.az xəbər verir ki, alov Universal Studios yaxınlığında yerləşən mənzillərin yaxınlığında yayılmağa başlayıb.

Bildirilib ki, yanğın 2 hektar ərazini əhatə edib. Yanğınla mübarizəyə 100 yanğınsöndürən və helikopterlər cəlb edilib. 

Məlumata görə, tələfat olmayıb, yanğın heç bir binaya ziyan vurmayıb. Yanğının səbəbi araşdırılır. /Unikal.org/