Honkonqdakı dəhşətli yanğında ölənlərin sayı artdı

Honkonqdakı dəhşətli yanğında ölənlərin sayı artdı Dünya

Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı artıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Honqkonq polisi bu gün yanan binalarda aparılan axtarışlar zamanı daha 5 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Bununla da yanğın nəticəsində həyatını itirənlərin ümumi sayı 156-ya çatıb.

Məlumata görə, ölənlərdən 127-nin şəxsiyyəti artıq müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş vermişdi.