Hörmüz açıla bilər -Araqçıdan BƏYANAT
Dünya
“İran ilə onun rəqibləri arasında atəşkəs əldə edildikdən sonra Hörmüz boğazı vasitəsilə keçidin iki həftə ərzində təhlükəsiz olacağı gözlənilir”.
News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədəki səhifəsindəki paylaşımında qeyd edib.
O vurğulayıb ki, təhlükəsiz keçid ölkənin silahlı qüvvələri ilə koordinasiya şəraitində həyata keçiriləcək.
“İran silahlı qüvvələri ilə koordinasiya və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, Hörmüz boğazından təhlükəsiz keçid iki həftə ərzində mümkün olacaq. Əgər İrana hücumlar dayandırılsa, İslam Respublikasının silahlı qüvvələri də öz müdafiə xarakterli hücumlarını dayandıracaq”, – deyə Araqçi qeyd edib.
Qeyd edək ki, bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ və İsrail ilə qarşıdurmada tarixi qələbə əldə olunduğunu bəyan edib. Rəsmi açıqlamalara görə, qarşı tərəfin hərbi infrastrukturunun əsas obyektlərinə zərbələr endirilib.
Daha öncə İranın Pakistandakı səfiri Rza Əmiri Moqaddəm bildirib ki, İran və ABŞ danışıqların kritik mərhələsini geridə qoyublar və indi növbəti mərhələyə keçirlər. Onun sözlərinə görə, bu mərhələdə dialoq konkret addımlarla əvəz olunmalıdır.
Bundan əlavə, ABŞ rəsmiləri Ağ Ev adından bildiriblər ki, İranla atəşkəs Hörmüz boğazı açıldıqdan dərhal sonra qüvvəyə minə bilər.