Hörmüz boğazı yenə bağlandı
Dünya
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının xarici müdaxilənin yaratdığı qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən növbəti xəbərdarlığa qədər bağlandığını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilir.
Məlumata görə, xarici müdaxilə və gəmilərin Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət etmək cəhdləri təhlükəsizlik problemlərinin ortaya çıxmasına səbəb olub.
Bildirilib ki, daha əvvəl xarici müdaxiləyə, gəmi marşrutlarının icazəsiz müəyyən edilməsinə qarşı xəbərdarlıqlar olunub. Bir neçə saat əvvəl bəzi gəmilər xəbərdarlıqlara məhəl qoymayaraq, icazəsiz marşrutlar üzrə irəliləməyə cəhd ediblər.
Xəbərdarlıqlara baxmayaraq kursunu dəyişməyən gəmilərdən biri SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən xəbərdarlıq atəşi ilə dayandırılıb.
Bəyanatda, bölgəyə müdaxilələr dayandırılana qədər heç bir gəminin Hörmüz boğazından keçməsinə icazə verilməyəcəyi bildirilib.(report)