Hörmüz boğazında 2 tanker partladı
Dünya
İranın müəyyən etdiyi qaydaları pozaraq Hörmüz boğazından keçməyə çalışan iki tanker minaya düşərək partlayıb.
News24.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
“İki tanker Hörmüz boğazında minaya düşüb və yanğına məruz qalıb”, – deyə məlumatda bildirilir.
Bildirilib ki, hazırda tankerlərdən biri boğazın şərqində, digəri isə mərkəzi hissəsindədir.
Məlumata görə, gəmilər naviqasiya sistemlərini söndürərək ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazını qadağan olunmuş marşrutla keçməyə cəhd ediblər.
Bəyanatda vurğulanıb ki, Hörmüz boğazı blokadadadır və Tehranın irəli sürdüyü yeddi şərt yerinə yetirilənədək onun statusu dəyişməyəcək.