Hörmüz boğazında BƏƏ gəmisinə hücum: 11 nəfər yaralandı
Dünya
Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinin ADNOC Logistics & Services şirkətinə məxsus gəmiyə hücum edilib.
News24.az xəbər verir ki, bu barədə TASS şirkətin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 11 dənizçi yaralanıb, bir nəfər itkin düşüb.
Bildirilib ki, gəmi noyabrın 17-də axşam saatlarında boğazdan keçərkən hücuma məruz qalıb. Heyətin digər üzvləri təxliyə edilib. İtkin düşən şəxsin axtarışı davam etdirilir.
Şirkət axtarış-xilasetmə əməliyyatlarının aidiyyəti qurumlarla birgə aparıldığını açıqlayıb.