Hörmüz boğazında daha iki gəmi vuruldu
Dünya
Hörmüz boğazından keçən iki konteyner gəmisi naməlum sursatın zərbəsinə məruz qalıb.
News24.az xəbər verir ki, Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumunun məlumatına görə, hadisə nəticəsində hər iki gəmi kiçik ziyan görüb. Ölən və yaralanan olmayıb, gəmilər hərəkətlərini davam etdirə bilib.
Hadisə ilə bağlı araşdırma başlanıb. UKMTO ərazidən keçən digər gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.