Hörmüz boğazında gəmi yandı
Dünya
Bu gün səhər saatlarında Hörmüz boğazının cənub keçidində bir gəmidə yanğın baş verib.
News24.az xəbər verir ki, bu barədə İran mediası peyk görüntülərinə istinadən məlumat yayıb.
Yanğının neft tankerində baş verdiyi bildirilir.
Hadisənin dəqiq səbəbi və gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.
Yanğınla əlaqədar hadisə yerinə “ADNOC AR01” adlı neft çirklənməsinə qarşı mübarizə və yanğınsöndürmə gəmisi göndərilib.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.