Hörmüz boğazında nəhəng neft tankeri minaya düşərək partladı
Dünya
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında nəhəng neft tankerinin dəniz minasına toxunaraq partladığını açıqlayıb.
News24.az xəbər verir ki, SEPAH-ın məlumatına görə, hadisə tanker İranın qeyri-qanuni hesab etdiyi marşrutla boğazdan keçməyə cəhd göstərərkən baş verib.
Tankerin adı, mənsub olduğu ölkə, ekipaj üzvlərinin vəziyyəti və mümkün insan tələfatı barədə məlumat verilməyib.