Hörmüz boğazından qanunsuz keçmək istəyən tanker minaya düşdü

Hörmüz boğazından qanunsuz keçmək istəyən tanker minaya düşdü Dünya

Hörmüz boğazında qaydanı pozan super neft tankeri iki dəniz minasına düşdükdən sonra yanıb.

News24.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, bir neçə saat əvvəl qanunsuz olaraq Hörmüz boğazının cənub hissəsindən keçməyə cəhd edən super neft tankeri iki dəniz minasına düşdükdən sonra tamamilə hərəkətsiz vəziyyətə gətirilib.

Bildirilib ki, Hörmüz boğazının təhlükəsizlik qaydalarını pozan gəmilərin aqibəti bundan fərqli olmayacaq.

“Gəmilərin hərəkəti və keçidi ilə bağlı SEPAH Hərbi Dəniz Qüvvələrinin elan etdiyi qaydalara riayət etmək məcburidir.

Gəmiçilik şirkətləri ABŞ ordusunun təxribatlarına aldanmasın. Öz gəmilərinin əmlakını və ekipaj üzvlərinin həyatını səbəbsiz yerə məhv olmaq təhlükəsi qarşısında qoymasınlar” – deyə açıqlamada bildirilib.