Hörmüzdə hücum: Ölən var
Dünya
Hörmüz boğazında naməlum gəmi vurulub, ekipaj üzvlərindən biri həlak olub.
News24.az xəbər verir ki, hadisə gəmi boğazdan çıxarkən baş verib.
Belə ki, zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həyatını itirib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir.
Hadisənin səbəbləri və hücumun kim tərəfindən həyata keçirildiyi araşdırılır. UKMTO regionda fəaliyyət göstərən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.