Hörmüzdən keçməyə çalışan gəmilər geri qaytarıldı
Dünya
Hörmüz boğazından alternativ marşrutla keçməyə cəhd edən altı gəmi saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
İran rəsmisinin sözlərinə görə, gəmilər bütün izləmə və rabitə sistemlərini söndürərək Hörmüz boğazının cənubundakı "qanunsuz və təhlükəli" yoldan keçməyə cəhd ediblər. Rəsmi iddia edib ki, bu cəhd ABŞ ordusu tərəfindən təhrik olunub, lakin uğursuzluqla nəticələnib.
Bildirilib ki, gəmilərdən biri keçid zamanı qəzaya uğrayıb, digər beşi isə Fars körfəzinə geri qayıtmağa məcbur olub.