Hörmüzlə bağlı qərar bu ölkələr tərəfindən veriləcək

Hörmüzlə bağlı qərar bu ölkələr tərəfindən veriləcək Dünya

İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, Hörmüz boğazından keçən gəmilər üçün ödənişlərlə bağlı qərar İran və Oman tərəfindən birgə veriləcək.

News24.az xəbər verir ki, diplomat bu barədə TASS agentliyinə açıqlamasında deyib. O bildirib ki, Hörmüz boğazının təhlükəsizliyi və gəmilərin keçid rejimi ilə bağlı məsuliyyət hər iki ölkənin üzərinə düşür.

"İslam Respublikası hakimiyyəti və Xarici İşlər Nazirliyinin də qeyd etdiyi kimi, biz Omanla birlikdə Hörmüz boğazının təhlükəsizliyi və gəmilərin oradan keçməsi rejimi ilə bağlı qərarlar qəbul edirik", – deyə Cəlali bildirib.

Onun sözlərinə görə, hazırda Tehran və Maskat bu məsələ ilə bağlı danışıqları davam etdirir.