Hörmüzlə bağlı yeni qərar: Tramp şərtini açıqladı
Dünya
“Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq”.
News24.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
“60 günlük müddət bitdikdən sonra da olmayacaq. Bu, razılaşma olmayacağı təqdirdə həm keçmiş, həm indiki, həm də gələcək xərclərin ödənilməsi məqsədilə ABŞ-nin Yaxın Şərq ölkələrinə “Qoruyucu mələk” kimi göstərdiyi xidmətlərə görə, ABŞ tərəfindən tətbiq ediləcəyi halda baş verə bilər”, - Tramp yazıb.