“Hörümçək toru”nu Heqset canlı izləyib: - öz əməliyyatıdır?
Dünya
Ukraynanın pilotsuz təyyarələrlə Rusiya aviabazalarına hücumunun arxasında İsrailin MOSSAD, Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidməti (Mİ6) və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi(CIA) dayanıb.
News24.az xəbər verir ki, bunu amerikalı siyasi şərhçi və MKİ-nin sabiq analitiki Lerri Conson bildirib.
O iddia edib ki, bu üç kəşfiyyat agentliyi Ukraynanın pilotsuz təyyarələrlə həyata keçirdiyi hücumu koordinasiya edərək, nəticədə Rusiyanın strateji bombardmançılarının 34%-i məhv edib.
Bundan əlavə, analitikin sözlərinə görə, Pentaqonunun rəhbəri Pit Heqset hücumun gedişatını canlı olaraq izləyib./Axar.az