Hoteldə 50 nəfər dəm qazından zəhərləndi

Hoteldə 50 nəfər dəm qazından zəhərləndi Dünya

İranda hoteldə dəm qazından 50 nəfər zəhərlənib.

News24.az xəbər verir ki, bu barədə "ISNA" agentliyi məlumat yayıb.

Hadisə Məşhəd şəhərində yerləşən hotellərdən birində baş verib.

Məlumata görə, 14 nəfər ağır dərəcəli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.