Şəhər meri ağcaqanadlara uçmağı qadağan etdi
Dünya
Fransanın Sen-Jüst-Sen-Ramber kommunasının meri Olivye Joli qəribə qərar imzalayıb. O, qərarla şəhər ərazisində pələng ağcaqanadlarının uçmasını qadağan edib.
News24.az xəbər verir ki, həşəratlara aşağı hündürlükdə uçmaq və sakinləri sancmaq da qadağan edilib.
Qan soran həşəratlarla mübarizəyə artıq 45 min avro xərclənib.
Ərazidə xüsusi tələlər, yarasalar üçün yuvalar və quş yuvaları quraşdırılıb, həmçinin qaranquşları cəlb etmək üçün günəş enerjisi ilə işləyən dayaqlar yerləşdirilib.