Həşəratlara qarşı "ovçu" dron sınaqdan uğurla keçdi – VİDEO

Həşəratlara qarşı "ovçu" dron sınaqdan uğurla keçdi – VİDEO Dünya

Həşəratlarla mübarizədə yeni texnologiya hazırlanıb. Mühəndislərin yaratdığı cəmi 40 qram çəkisi olan avtonom mikrodron artıq ilk uğurlu sınağını keçirib.

News24.az-ın xəbərinə görə, bildirilir ki, “Tornyol Systems” tərəfindən hazırlanan qurğu uçuş zamanı ilk dəfə bir güvəni hədəfə alaraq zərərsizləşdirib. Şirkət hesab edir ki, bu texnologiya gələcəkdə ağcaqanadlarla mübarizədə mühüm rol oynaya bilər.

Mikrodron qanad çırpıntılarının yaratdığı səs tezliyini analiz edərək ağcaqanadları müəyyənləşdirə bilir. Hazırkı versiya hədəfi 8 metrə qədər məsafədən aşkarlayıb vurmaq imkanına malikdir.

Hazırda sistemin işləməsi üçün çoxsaylı mikrofonlardan ibarət xarici avadanlıq və ayrıca kompüterdən istifadə olunur. Lakin layihə müəllifləri yaxın zamanda bütün hesablama prosesini dronun öz daxili sisteminə inteqrasiya etməyi planlaşdırırlar.

Bu yeniliyin gələcəkdə həm məişətdə, həm də xəstəlik daşıyan həşəratlarla mübarizədə geniş tətbiq oluna biləcəyi qeyd edilir.