“Hörümçək adam"ın tarixi uğuru

“Hörümçək adam"ın tarixi uğuru Dünya

Aktyor Tom Holland filmlərinin ümumi gəlirləri ilə kino tarixinin ən çox gəlir gətirən aktyorları sırasında ilk üçlüyə daxil olub.

News24.az xəbər verir ki, aktyorun rol aldığı ekran işlərinin ümumi kassa gəliri 15,2 milyard dolları keçib. Bununla da Holland təxminən 15,1 milyard dollar gəlir əldə edən Kris Prattı geridə qoyub.

Aktyorun göstəricisinin əhəmiyyətli dərəcədə artmasına “Hörümçək-adam: Yeni gün” filmi də təsir edib. Ekran işinin kassa gəliri artıq 2,28 milyard dolları ötüb.

Beləliklə, Tom Holland 15,47 milyard dollarla birinci olan Zoi Saldana və 15,4 milyard dollarla ikinci sırada qərarlaşan Skarlett Yohanssondan sonra üçüncü yeri tutub.

Kino tarixinin ən çox gəlir gətirən aktyorlarının ilk onluğu belədir:

1. Zoi Saldana — 15,47 milyard dollar
2. Skarlett Yohansson — 15,40 milyard dollar
3. Tom Holland — 15,2 milyard dollar
4. Kris Pratt — 15,1 milyard dollar
5. Samuel L. Cekson — 14,6 milyard dollar
6. Robert Dauni Jr. — 14,3 milyard dollar
7. Tom Kruz — 13,3 milyard dollar
8. Kris Hemsvort — 12,1 milyard dollar
9. Vin Dizel — 12 milyard dollar
10. Kris Evans — 11,4 milyard dollar

Qeyd edək ki, Tom Holland bu siyahının ən gənc aktyorudur. (Axsam.az)