“Hörmuz boğazının açılması İrana hücumlar üçün yolu asanlaşdıracaq"
Dünya
“Hörmuz boğazının açılması İrana hücumlar üçün yolu asanlaşdıracaq”.
News24.az xəbər verir ki, bu barədə İranın “Keyhan” qəzetinin redaktoru Hüseyn Şəriətmədari bildirib.
O qeyd edib ki, Hörmuz boğazının açılması ölkəyə hücumların bərpası üçün əsas maneələrdən birini aradan qaldıracaq.
"Son müharibədə İranının düşmənlərini diz çökdürən əsas və ən təsirli vasitələrdən biri Hörmüz boğazının bağlanması və İslam Respublikasının bu strateji su yolu üzərində qanuni suverenliyinin həyata keçirilməsi idi", - deyə o bildirib.