"Hörmüz boğazı ABŞ-nin ərazisidir" - Tramp
Dünya
“Hörmuz boğazı ABŞ-nin ərazisidir”.
News24.az xəbər verir ki, bu sözləri Prezidenti Donald Tramp Mirtl-Biçdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“İran saziş bağlamağı çox istəyir. Biz isə bunu istəyib-istəmədiyimizi bilmirik, çünki hazırda mən Hörmuz boğazını Amerika ərazisi hesab edirəm. Bu, Amerika ərazisidir”, — Ağ Evin rəhbəri deyib.
Tramp əlavə edib ki, ABŞ İranın nüvə silahına sahib olmasına imkan verə bilməz.