“Hörmüz boğazı yalnız Tehranın şərtləri ilə açılacaq"

“Hörmüz boğazı yalnız Tehranın şərtləri ilə açılacaq" Dünya

“Hörmüz boğazı yalnız Tehranın şərtləri ilə açıq olacaq, ABŞ-nin təhdidləri ilə yox”.

News24.az xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X”sosial şəbəkəsindəki hesabında yazıb.

"Əgər sən zərbə endirsənsə, cavab zərbəsi alacaqsan", – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın Hörmüz boğazına nəzarət imkanlarını zəiflətmək məqsədilə liman şəhərləri və Əbu Musa adası da daxil olmaqla İranın bir sıra obyektlərinə yeni zərbələr endirdiyini açıqlamışdı.