Hörmüz boğazında gərginlik artır – Tramp cavab zərbəsi anons etdi

Hörmüz boğazında gərginlik artır – Tramp cavab zərbəsi anons etdi Dünya

ABŞ-yə məxsus “Apache” hərbi helikopteri Hörmüz boğazı üzərində patrul xidməti həyata keçirərkən İran qüvvələri tərəfindən vurulub.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib. O, Vaşinqtonun bu hücuma cavab verməli olduğunu da bildirib.

“Bizim möhtəşəm hərbçilərimiz məni məlumatlandırdılar ki, ötən gecə iranlılar Hörmüz boğazı üzərində patrul uçuşu həyata keçirən ən müasir "Apache" helikopterlərimizdən birini vurublar. Hər iki pilot xəsarət almayıb və təhlükəsiz yerdədir”, – ABŞ lideri yazıb.

“Bununla belə, ABŞ bu hücuma məcburi şəkildə cavab verməli olacaq”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında "AH-64 Apache" tipli hücum helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıblar.