Hörmüzdə hərəkətlilik artdı – Son 9 günün rekordu
Dünya
Mayın 11-də Hörmüz boğazında son 9 gün ərzində ən yüksək kommersiya gəmi keçidi müşahidə olunub.
News24.az xəbər verir ki, həmin gün boğazdan quru yük, LPG (mayeləşdirilmiş qaz), neft məhsulları və taxıl daşıyan 10 kommersiya gəmisi keçib.
Bu göstərici mayın 2-də qeydə alınan 14 gəmi keçidindən sonra ən yüksək rəqəm kimi diqqət çəkib.
Məlumata əsasən, keçid edən 10 gəmidən 5-i körfəzdən çıxıb, 5-i isə körfəzə daxil olub. Gəmilərin 7-si müxtəlif növ yük və taxıl daşıyıb.
Gəmilərin əksəriyyəti İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Oman arasında hərəkət edib. Argentinadan gələn “Star Nasia” və Kanadadan gələn “Star Despoina” gəmilərinin isə İrana taxıl çatdırdığı bildirilib.
Bununla yanaşı, Hörmüz boğazında kommersiya gəmilərinin ümumi keçid sayının münaqişədən əvvəlki dövrlə müqayisədə hələ də təxminən 95 faiz aşağı səviyyədə qaldığı qeyd olunur. (Anadolu Agentliyi)
Nilufər