Husilər İrana dəsrək çıxdı
Dünya
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir.
News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib.
İranın xarici işlər naziri isə Amerika və İsrailin hərbi təcavüzünü qətiyyətlə pislədiklərinə görə Yəmən hökumətinin və xalqının həmrəyliklərinə görə minnətdarlığını bildirib.
Əraqçi həmçinin blokadanın aradan qaldırılması və Yəməndə sülh yolu ilə nizamlama planının tam icrası üçün İranın bütün diplomatik imkanlardan istifadə etməyə hazır olduğunu vurğulayıb.