Husilər süni intellektdən istifadə edərək raket hazırladı

Husilər süni intellektdən istifadə edərək raket hazırladı Dünya

Yəməndə fəaliyyət göstərən husilərin Səudiyyə Ərəbistanına qarşı raket hücumlarında süni intellekt texnologiyalarından istifadə etdiyi iddia olunur.

News24.az-ın məlumatına görə, ABŞ-nin süni intellekt şirkəti "Anthropic" husilərin raketlərin hazırlanması və sınaq prosesində şirkətin modellərindən yararlandığını iddia edib.

Şirkətin məlumatına əsasən, Yəmənin şimalında fəaliyyət göstərən mühəndis və proqramçılar raketlərin idarəetmə sistemlərini tənzimləmək, uçuşları simulyasiya etmək və 2 000 kilometrdən artıq mənzilə malik çoxmərhələli ballistik raketin sınaqlarını həyata keçirmək üçün süni intellektdən istifadə ediblər.

Məlumatda bildirilir ki, husilərin hücumları Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri üçün ciddi təhlükə yarada bilər. İddialara görə, qruplaşmanın əsas hədəfləri arasında Ər-Riyad Beynəlxalq Hava Limanı və ölkənin enerji infrastrukturu da var.

Məlumata görə, "Anthropic" modellərində təhlükəli sorğulara qarşı məhdudiyyətlər mövcud olsa da, husilərin bu məhdudiyyətlərdən yayınmağa çalışdıqları iddia edilir. Şirkətin daha sonra onların fəaliyyətini dayandırdığı bildirilsə də, həmin vaxta qədər müstəqil virtual raket sınaqları sistemi qurduqları qeyd olunur