İçərisində insanların olduğu maşın partladı - Rusiyada

İçərisində insanların olduğu maşın partladı - Rusiyada Dünya

Rusiyanın Sankt-Peterburq şəhərində içərisində insanların olduğu avtomobil partlayıb.

News24.az xəbər verir ki, partlayış “Geely” markalı nəqliyyat vasitəsinin mühərrikinin işə salınmasından sonra baş verib.

Partlayış nəticəsində avtomobilin hissələri onlarla metr məsafəyə səpələnib.

İlkin məlumata görə, hadisə nəticəsində sürücü ölüb, sərnişin qadın isə yaralanıb.