Şiddətli külək Almaniyanı iflic etdi – FOTOLAR

Şiddətli külək Almaniyanı iflic etdi – FOTOLAR Dünya

Almaniyanın Şlezviq-Holşteyn federal torpağının Qlükştadt şəhərində tornadoya bənzər güclü burulğan baş verib.

News24.az xəbər verir ki, burulğan evlərin damlarını qoparıb, elektrik xətlərinə və həyətyanı tikililərə ziyan vurub. İlkin məlumata görə, 40-50 bina zədələnib.

Bir neçə sakin təhlükəsizlik məqsədilə evlərini tərk etməli olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Burulğanın ötən axşam Elba çayı istiqamətindən şəhərə daxil olduğu bildirilir.

Sənaye zonasında güclü külək binalardan birinin damını zədələyib, yaşayış məhəlləsində isə bir neçə pəncərə sınıb. Almaniya Meteorologiya Xidməti hadisənin həqiqətən tornado olub-olmadığını araşdırır.

Pis hava şəraiti dəmir yolu nəqliyyatına da təsir göstərib. İtsexo və Elmshorn arasında kontakt şəbəkəsinin dayağı aşıb və nəticədə qatarların hərəkətində ciddi ləngimələr yaranıb. Güclü yağış səbəbindən yaxınlıqdakı magistral yolda baş verən iki yol-nəqliyyat hadisəsində isə beş nəfər xəsarət alıb. (Bild)

Şiddətli külək Almaniyanı iflic etdi – FOTOLAR Şiddətli külək Almaniyanı iflic etdi – FOTOLAR