II Elizabetlə bağlı sirr açıqlandı: Dəli olmuşdu

II Elizabetlə bağlı sirr açıqlandı: Dəli olmuşdu Dünya

Böyük Britaniya kraliçası II Elizabet həyatının son illərində ağlını itirmişdi.

News24.az xəbər verir ki, bu barədə kral ailəsinin bioqrafı Endryu Launi bildirib.

Onun sözlərinə görə, II Elizabet həmin dövrdə hələ sağ olsa da, ölkəni faktiki olaraq böyük oğlu idarə edib.

O həmçinin bildirib ki, məhz qocalıq demensiyası səbəbindən kraliça azyaşlılara qarşı zorlamada və digər cinayətlərdə ittiham olunan kiçik oğlu Şahzadə Endryunun əməllərinə əngəl ola bilməyib.

“İnsanlar anlamır ki, kraliça o, yaşda həmin xəstəlik üzündən sağlam düşünə bilmirdi. Endryu onun yanına gedib və nələrsə etməsi üçün onu hədələyirdi”, — deyə bioqraf iddia edib.

Köşə yazarı Riçard Eden isə bunun əksini - kraliçanın sağlam düşüncəli olduğunu deyib.

O, şəxsən Elizabetlə görüşdüyünü və onun qonaqlarla mənalı söhbətlər etdiyini gördüyünü bildirib. O, kraliçada qocalıq demensiyasının heç bir əlamətini görməyib. /Daily Mail/