İki ölkə arasında gərginlik: 200 min əsgər səfərbər edildi

İki ölkə arasında gərginlik: 200 min əsgər səfərbər edildi Dünya

Venesuela Müdafiə naziri Vladimir Padrino Lopez ölkədə gərginliyi artıran açıqlama verib.

News24.az xəbər verir ki, nazir ABŞ-nin Karib dənizi regionundakı artan hərbi fəaliyyəti səbəbindən Venesuela ordusunun 200 min əsgərini səfərbər etdiyini bildirib.

Lopezin sözlərinə görə, bu addım ölkənin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı hazırlıq tədbiridir və iki gün davam edəcək genişmiqyaslı hərbi təlimlərin bir hissəsi kimi həyata keçirilir.

“Karib hövzəsində sülh ABŞ Dövlət Departamentinin uydurduğu yalanlar səbəbindən təhlükə altındadır. Onların məqsədi ABŞ-dəki ciddi daxili problemlərdən diqqəti yayındırmaqdır", - deyə o bildirib.

Nazir əlavə edib ki, Venesuela bu təzyiqlərə qarşı daha çox iş, birlik və vətənpərvərliklə cavab verəcək.